İDMAN


Ümumdünya Şahmat Olimpiadası: üçüncü divizionda ilk günün qarşılaşmaları keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 7-də Ümumdünya Şahmat Olimpiadasının 3-cü divizionunda ilk günün oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, A qrupunda Albaniya, B qrupunda Portuqaliya, C qrupunda Tailand, D qrupunda Boliviya, E qrupunda isə Meksika ilk günün oyunlarını lider kimi başa vurublar.

Qeyd edək ki, bu mərhələdə ümumilikdə 50 komanda mübarizə aparır. Üçüncü divizionun oyunlarına avqustun 9-da yekun vurulacaq.

Xatırladaq ki, turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Olimpiada avqustun 30-dək davam edəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.