İDMAN


Ümumdünya Şahmat Olimpiadasında azərbaycanlıların növbəti rəqibləri müəyyən edilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Batumidə keçirilən Ümumdünya Şahmat Olimpiadasının onuncu turunda Azərbaycanın kişilərdən ibarət yığması Ukraynanın komandası ilə oynayacaq, qadınlardan ibarət yığmamız isə Ermənistan nümayəndələri ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, doqquzuncu turda qadınlardan ibarət yığmamız Ukraynan komandası ilə sülh bağlayıb. Gülnar Məmmədov ağ fiqurlarla Anna Uşeninaya qalib gəlib, Günay Məmmədzadə Anna Muzıçuka uduzub, Xanım Balacayeva - Marina Muzıçuk və Ülviyyə Fətəliyeva - Yuliya Osmak qarşılaşmaları heç-heçə başa çatıb.

Azərbaycanın kişilərdən ibarət yığması Çin şahmatçılarına 1,5:2,5 hesabı ilə uduzub. Eltac Səfərli ağ fiqurlarla Bu Syanciyə uduzub, Şəhriyar Məmmədyarov - Dinq Liren, Teymur Rəcəbov - Yu Yanqyi və Arkadi Naydiç - Vey Yu oyunlarında isə heç-heçə qeydə alınıb.

Açıq seksiyada doqquz turdan sonra 16 komanda xalı yığmış Polşa liderlik edir. ABŞ, Çin, Ermənistan və İngiltərə komandaları liderdən bir xal, Fransa, Rusiya, Almaniya və Xorvatiya komandaları liderdən iki xal geri qalır. Azərbaycan komandasının 13 xalı var.

Qadınların yarışlarında Çin komandası irəlidədir - 16 komanda xalı. Ukrayna, Ermənistan və ABŞ komandaları liderdən bir xal, Rusiya, Azərbaycan və Gürcüstan komandaları liderdən iki xal geri qalır.

Kişilərin yarışında axırıncıdan əvvəlki turun Azərbaycan – Ukrayna matçında Şəhriyar Məmmədyarov - Vasili İvançuk, Teymur Rəcəbov - Pavel Elyanov, Arkadi Naydiç - Yuri Krivoruçko, Rauf Məmmədov - Ruslan Ponomaryov, qadınların Azərbaycan – Ermənistan yarışında Günay Məmmədzadə - Elina Danielyan, Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan, Xanım Balacayeva - Anna Sarkisyan, Gülnar Məmmədova - Mariya Kursova partiyaları oynanılacaq.

Gürcüstanda keçirilən Ümumdünya Şahmat Olimpiadası oktyabrın 5-də başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.