İDMAN


Ümumdünya Şahmat Olimpiadasının 3-cü divizionunda 50 komanda mübarizə aparacaq

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 7-də Ümumdünya Şahmat Olimpiadasının 3-cü divizionunun oyunları start götürəcək.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə 5 qrupun hərəsində 10 komanda olmaqla, ümumilikdə 50 yığma iştirak edəcək. Əlli komandadan 15-i 4-cü divizionda ilk 3 yeri tutmuş yığmalardır. Belə ki, “A” qrupunda Honq-Konq, Tailand, Çin Taypeyi, “B” qrupunda Suriya, Malta, Mozambik, “C” qrupunda Mavritaniya, Livan, Nigeriya, “D” qrupunda Anqola, Surinam, Puerto-Riko, “E” qrupunda isə Nikaraqua, Honduras və Yamayka növbəti mərhələyə vəsiqə qazanıblar.

Üçüncü divizionun “A” qrupunda Monako, “B” qrupunda Portuqaliya, “C” qrupunda Belçika, “D” qrupunda Danimarka, “E” qrupunda Meksika komandaları reytinq favoritləri hesab olunur. Oyunlar avqustun 9-dək davam edəcək.

Xatırladaq ki, turnirə ümumilikdə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Olimpiada avqustun 30-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.