İDMAN


Ümumdünya Şahmat Olimpiadasının top divizionunda altı turun oyunları keçirilib

Bakı, 22 avqust, AZƏRTAC

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda 6 turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yekun nəticələrə görə, Azərbaycan komandasının mübarizə apardığı B qrupunda Macarıstan (10 xal), Ukrayna və Qazaxıstan (hərəyə 9 xal) yığmaları ilk 3 yerdə qərarlaşıb. Azərbaycan komandası isə 8 xalla beşinci sıradadır. Digər qrupların oyunlarına gəldikdə Çin (12 xal), Hindistan (11 xal), Almaniya (9 xal) A, Rusiya (12 xal), Ermənistan (10 xal), Rumıniya (8 xal) C, ABŞ (8 xal), Yunanıstan (7 xal), Polşa (6 xal) D qrupunda ilk 3 yerdə qərarlaşıb.

Avqustun 23-də top divizionun son turlarının oyunları keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.