DÜNYA


Ümumdünya Səhiyyə Təşkilatı: Tacikistanda koronavirus yoxdur

Bakı, 1 aprel, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyova bu ölkədə COVID-19 virusunun olmadığını təsdiqləyib və əhalini gigiyenaya əməl etməyə, insanların kütləvi toplandığı yerlərdən uzaq durmağa çağırıb.

AZƏRTAC Toçikiston telekanalına istinadla xəbər verir ki, ÜST nümayəndəsinin sözlərinə görə, hazırda bütün dünya yeni koronavirusla mübarizə aparır, yoluxma halları demək olar ki, bütün ölkələrdə müşahidə edilir. Tacikistan və Türkmənistan regiondakı 55 ölkə arasında COVID-19 qeydə alınmayan yeganə dövlətlərdir.

Perfilyova indiyə qədər respublikada 700-dən çox koronavirus testi həyata keçirildiyini və bütün nəticələrin mənfi olduğunu deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ÜST-nin bu testlərə etibar etməsindən rəsmən əmin olması məqsədilə test materiallarını Moskva və Londona göndərib və təkrar analizlər də mənfi nəticələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.