CƏMİYYƏT


Ümumdünya Şəkərli Diabetə Qarşı Mübarizə Gününə həsr edilmiş beynəlxalq konfrans keçirilib

Bakı, 14 noyabr, AZƏRTAC

14 noyabr Ümumdünya Şəkərli Diabetə Qarşı Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın təşkilatçıları kimi Azərbaycan Diabet Cəmiyyəti, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi, Endokrinoloqlar Elmi Mərkəzi və digər ictimai endokrinoloji təşkilatlar çıxış ediblər.

Konfransı giriş sözü ilə Səhiyyə Nazirliyinin baş endokrinoloqu, tibb elmləri doktoru, professor Rafiq Məmmədhəsənov açıb.

Ukrayna Milli Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Boris Mankovskiy “Diabetik neyropatiya və ensefalopatiya”, tibb elmləri doktoru, professor Sənan Kərimov “ Psoriaz və metobolik sindrom” və Beynəlxalq Diabet Federasiyasının daimi üzvü, tibb elmləri doktoru Valeh Mirzəzadə “II tip şəkərli diabetdə insulinoterapiya” mövzusunda məruzə ediblər.

Müzakirə və sual-cavab şəklində keçən konfransda iştirak edən həkim-endokrinoloqlara sertifikatlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.