İDMAN
Ümumdünya Sülh Günü münasibətilə oğlanlar arasında futbol turniri start götürüb
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə 21 sentyabr - Ümumdünya Sülh Gününə həsr olunmuş oğlanlar arasında futbol turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin ərazisində açıq havada keçirilən yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunan komandalar iştirak edirlər. Turnirdə ümumilikdə 300-dən çox atlet mübarizə aparır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]