İDMAN


Ümumdünya Sülh Gününə həsr olunmuş futbol turniri keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə 21 sentyabr - Ümumdünya Sülh Gününə həsr olunmuş oğlanlar arasında futbol turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin ərazisində açıq havada keçirilən yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunan komandalar iştirak ediblər. Turnirdə ümumilikdə, 36 komandanın tərkibində 300-dən çox idmançı mübarizə aparıb.

Yarışın yekunlarına görə fərqlənən komandalar kubok və medallarla mükafatlandırılıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.