RƏSMİ SƏNƏDLƏR


“Ümumdünya Türk Xalqları Assambleyası” Beynəlxalq Təşkilatının prezidenti Yermentay Sultanmuratdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz qardaşımız İlham Heydər oğlu!

Əziz azərbaycanlı qardaşlarımız!

Sizin hər birinizi erməni təcavüzkarlara qarşı apardığınız Vətən müharibəsində möhtəşəm qələbə münasibətilə təbrik edirik!

Bu qələbə Azərbaycan millətinin, türk ruhunun daha da möhkəmlənməsində olduqca əhəmiyyətli mərhələdir. Bu zəfəriniz bizim ümumi tariximizdə mühüm və əlamətdar hadisə kimi layiqli yer tutacaq.

Arzu edirik ki, bu qələbənin nəticələrini uğurla möhkəmləndirəsiniz və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan gündən-günə daha da çiçəklənən bir ölkəyə çevrilsin.

Hörmətlə,

 

Yermentay Sultanmurat, akademik

“Ümumdünya Türk Xalqları Assambleyası” Beynəlxalq Təşkilatının prezidenti

Qazaxıstan Respublikası.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin