CƏMİYYƏT


Ümumdünya Ürək Gününə həsr olunan aksiya keçirilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı, “Marsol” MMC və “Özsüt” restoranlar şəbəkəsinin əməkdaşlığı ilə 29 Sentyabr - Ümumdünya Ürək Gününə həsr olunan aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Qış parkında təşkil olunan aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, qan təzyiqi və nəbzin ölçülməsi, EKQ müayinə) dəvət edilir, onlara həkim və kardioloqlar, ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib.

Statistik məlumatlara görə, hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biridir və dünyada hər il 17 milyondan çox insanın həyatına son qoyur. Son vaxtlar ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə sıx bağlıdır. Əsas risk amillərinə isə, yüksək qan təzyiqi, qanda xolesterin və şəkərin miqdarının artması, tütünçəkmə, fiziki passivlik, spirtli içkilərdən istifadə, psixoloji stres, artıq çəki, piylənmə və qeyri-sağlam qidalanma aiddir. Aksiyada, eyni zamanda, “Sağlam qida” guşəsi təqdim olunub, iştirakçılara düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib. Tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edilib. Bu mövzulara dair maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, Ümumdünya Ürək Günü hər il ölkəmizdə müxtəlif tədbirlərlə qeyd edilir, ürək-damar xəstəliklərindən qorunmaq üçün əhali arasında geniş təbliğat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.