MƏDƏNİYYƏT


Ümumdünya Uşaq Hüquqları və Konvensiyası günü “Biz günəşin zərrəsiyik!” adlı tədbirlə qeyd edilib

Bakı, 21 noyabr, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu şəxslərin Reabilitasiya Mərkəzində Ümumdünya Uşaq Hüquqları və Konvensiyası günü ilə əlaqədar “Biz günəşin zərrəsiyik!” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyası və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azəri İnciləri” vokal qrupu konsert proqramı ilə çıxış edib.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd daun sindromlu uşaqların fərqliliklərini deyil, əksinə onların öz istedadını ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Tədbirdə Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də digər qurumların nümayəndələri iştirak edib.

Sonda uşaqlara kitablar, “Göy qurşağı” uşaq jurnalı, müxtəlif hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.