CƏMİYYƏT


Ümumdünya Uşaqlar Günü ilə bağlı videoçarx hazırlanıb

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 20 oktyabr-20 noyabr tarixlərində ənənəvi Uşaq hüquqları aylığını davam etdirib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, bu aylıq çərçivəsində müxtəlif yerli dövlət və özünüidarə orqanları uşaq hüquqlarının müdafiəsi və təmininə dair maarifləndirici tədbirlər həyata keçiriblər.

Noyabrın 20-sinin Ümumdünya Uşaqlar Günü olduğunu nəzərə alaraq, insan hüquqları sahəsində bu mühüm tarixlə əlaqədar Azərbaycan ombudsmanının ölkəmizdə elan etdiyi sözügedən aylıq çərçivəsində Aparatın kitabxanası tərəfindən təcavüzkar Ermənistan silahlı qüvvələrinin amansızlıqla qətlə yetirdiyi azərbaycanlı uşaqların əziz xatirəsinə həsr olunmuş videoçarx hazırlanıb.

Ombudsman Aparatının əməkdaşı Azadə Novruzovanın “Bu gecə yuxumda bir uşaq ağlayırdı” şeiri əsasında hazırlanan videoçarxda Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünə məruz qalmış günahsız uşaqların fotolarından, Azərbaycan ombudsmanının faktaraşdırıcı missiyaları zamanı çəkilmiş foto, video materiallardan geniş şəkildə istifadə edilib. Şeir Əməkdar artist Hüsniyyə Mürvətovanın qiraətində səsləndirilib. Videoçarxdakı subtitrlər rus dilinə Giya Paçxataşvili, ingilis dilinə isə Sevil Gültən tərəfindən tərcümə edilib. Müəllif bu bədii təəssüratla dünyanı ermənilərin hərbi təcavüzünə məruz qalmış günahsız qurbanların, xüsusilə də uşaqların fəryadına biganə qalmamağa səsləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.