İDMAN
Ümumdünya Yay Universiadasının obyektlərində test yarışları keçiriləcək
Bakı, 27 yanvar, AZƏRTAC
Yekaterinburqda 2023-cü ildə keçiriləcək Ümumdünya Yay Universiadasının obyektlərində bu il basketbol, voleybol, atletika və döyüş növləri üzrə test yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.
Qeyd edilib ki, mayda basketbol, avqust-sentyabrda voleybol, sentyabr-oktyabrda döyüş idman növləri, ilin sonlarına yaxın atletika yarışları keçiriləcək.
Gələn il badminton, boks, cüdo və digər idman növləri üzrə test yarışları baş tutacaq.
Ümumdünya Yay Universiadası 2023-cü il avqustun 8-dən 19-dək keçiriləcək. Yarış proqramına 247 dəst medalın oynanılacağı 18 idman növü daxildir.
Qeyd edək ki, 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]