“Ümumdünya su məməlilərinin mühafizəsi günü” ilə bağlı açıq dərs
AzerTAg.az
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da SOCAR-ın Ekologiya İdarəsinin əməkdaşlarının iştirakı ilə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində “Ümumdünya su məməlilərinin mühafizəsi günü”nə həsr olunmuş açıq dərs keçirilib.
Bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib.
Qeyd olunub ki, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik Xəzər suitilərini “zəif” növlər siyahısına daxil edib. Ekologiya İdarəsinin əməkdaşları SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti, xüsusilə Xəzər dənizində əsaslı ekoloji tədqiqat işlərinin aparılması və sağlam mühitin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlər haqqında məlumat veriblər.
Xatırladaq ki, 1986-cı ildən başlayaraq, hər il fevralın 19-u Ümumdünya su məməlilərinin mühafizəsi günü kimi qeyd edilir.


Xəbərin mətnində orfoqrafik səhv var