Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

Sizin respublikanın Prezidenti kimi fəaliyyətinizi, xalqı inamla iqtisadi və sosial tərəqqi yoluna istiqamətləndirən lider kimi tarixi xidmətlərinizi Ümumhəmkarlar İttifaqları Konfederasiyasında və onun üzvü olan təşkilatlarda yüksək qiymətləndirirlər. Bu gün Azərbaycan cəmiyyət həyatının bütün sahələrində şəksiz və mühüm nailiyyətlər nümayiş etdirir. Ölkəniz beynəlxalq məkanda, inteqrasiya proseslərinin dərinləşməsində, Birlik dövlətlərinin və xalqlarının dostluq və əməkdaşlığının inkişafında getdikcə daha fəal və əhəmiyyətli rol oynayır.

Fürsətdən istifadə edərək, həmkarlar hərəkatının fəaliyyətinə milli və beynəlxalq səviyyədə daim dəstək göstərdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm.

Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm ən səmimi, ürəkdən gələn möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin.

Dərin hörmətlə,

 

Vladimir Şerbakov

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin