REGİONLAR


Ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur

Naxçıvan, 22 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-may ayları ərzində yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sənaye üzrə 459 milyon 458 min 500 manat dəyərində məhsul istehsal edilib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Qeyd edək ki, muxtar respublikada həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.