İQTİSADİYYAT


Ümumi inşaat işlərinin 81 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

Bakı, 20 fevral, AZƏRTAC 

Yanvarda xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 263,9 milyon manatı (90,9 faizi) Birləşmiş Krallıq, Türkiyə, Çexiya, İsveçrə, Malayziya, ABŞ, Yaponiya, İran və Rusiya sərmayədarlarına məxsus olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu müddət ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 58,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,3 faizini əsaslı təmir, 9 faizini cari təmir, 21,5 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 81 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.