İQTİSADİYYAT


Ümumi inşaat işlərinin 88,3 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

Bakı, 22 iyun, AZƏRTAC

Cari ilin yanvar-may aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1milyard 214,3 milyon manatı (96,5 faizi) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövrdə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 57,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16,2 faizini əsaslı təmir, 6,9 faizini cari təmir, 19 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 88,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.