ELM VƏ TƏHSİL


Ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

Bakı, 4 oktyabr, AZƏRTAC

Avqustun 27-də elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, müsahibələrin oktyabrın 10–da və 24-də keçirilməsi nəzərdə tutulur.

Ümumi müsahibələrin Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Apellyasiya Məhkəməsi üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə oktyabrın 10-da başlanılması və oktyabrın 24-dək davam etməsi nəzərdə tutulur.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin Dövlət qulluğu, kadr məsələləri və regional bölmələrlə iş sektorunda baş məsləhətçi vəzifəsi üzrə müşahidə edilir. Belə ki, həmin vəzifənin tutulması məqsədilə 1 vakant yer üzrə 18 namizədin müraciəti qeydə alınıb.

Avqustun 27-də elan edilmiş ümumi müsahibə üzrə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatla http://eservices.dim.gov.az/dqq/Report/UmMshMshQrafiki?ElanID=43  linki vasitəsilə tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.