ELM VƏ TƏHSİL


Ümumi müsahibəyə çıxarılan vakant vəzifələri tutmaq üçün 69 nəfər ərizə verib

Bakı, 9 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən beş dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu başa çatıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 69 nəfər ərizə verib. Ümumilikdə Hesablama Palatasında 6, Qida Təhlükəsizliyi Agentliyində 5, Mədəniyyət Nazirliyində 3, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2, Gəncə Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 17 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Müsabiqə vəziyyəti ən çox Hesablama Palatasında (6 vakant yerə 42 nəfər) qeydə alınıb.

Xatırladaq ki, DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.