ELM VƏ TƏHSİL


Ümumi orta təhsil bazasında kolleclərə 9 min 322 abituriyent qəbul olub

Bakı, 8 sentyabr, AZƏRTAC

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi orta təhsil bazasında kolleclərə dövlət sifarişi əsasında 4 min 19 nəfər Azərbaycan, 112 nəfər isə rus bölməsi üzrə qəbul olub. Ödənişli əsaslarla isə ümumilikdə 4 min 891 nəfər qəbul olub. Onlardan 4 min 804 nəfəri Azərbaycan, 87-si rus bölməsində təhsil alacaq.

Özəl orta ixtisas təhsili müəssisələrinə hər iki bölmə üzrə 300 nəfər qəbul olub. Beləliklə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 9 min 322 abituriyent (98.6 faiz) qəbul olub.

Xatırladaq ki, abituriyentlərin qəbul olduqları təhsil müəssisələri üzrə qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.