ELM VƏ TƏHSİL


Ümumi orta təhsil bazasında kolleclərə ərizə qəbulu davam edir

Bakı, 26 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər elektron ərizə qəbulunda iştirak edə bilərlər:

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin aprelin 5-dən 25-dək aparılmış ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;

- Keçən il buraxılış imtahanı (qəbul imtahanı) vermiş və müsabiqə şərtlərini ödəmiş, lakin aprelin 5-dən 25-dək aparılmış ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları.

Ərizə qəbulu mayın 31-i saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan istifadəçi adı və parolu ilə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanı nəticələri müsabiqə şərtlərini ödəməyən abituriyentlər ərizə qəbulunda iştirak edə bilməzlər. İmtahan nəticəsi hələ elan olunmayan abituriyentlər isə qeydiyyatdan keçə bilərlər.

Aprelin 5-dən 25-dək ərizə təqdim etmiş abituriyentlərin yenidən qeydiyyatına ehtiyac yoxdur. Hazırki qeydiyyat vaxtında ərizə təqdim etməyənlər üçündür.

Xatırladaq ki, ərizə qəbulu mayın 24-dən yenidən aktiv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.