ELM VƏ TƏHSİL
Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi bu gün başa çatır
Bakı, 17 avqust, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Avqustun 17-si saat 09:45-ə olan məlumata əsasən, 14 min 853 nəfər (Azərbaycan bölməsi -14 min 492; rus bölməsi – 361) ixtisas seçimi edib.
Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]
BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
- 28.03.2024 [15:29]