ELM VƏ TƏHSİL


Ümumi orta təhsil bazasında kolleclərə keçirilən müsabiqənin nəticələri açıqlanıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar DİM-in saytında təqdim olunub.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.