ELM VƏ TƏHSİL


Ümumi orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatına start verilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul olunan abituriyentlərin onlayn qeydiyyatına start verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat aşağıdakı təlimatda təqdim edilir.

Portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az, xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesi sentyabrın 22-si saat 23:59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.