ELM VƏ TƏHSİL


Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyatı bu gün başa çatır

Bakı, 25 sentyabr, AZƏRTAC 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanların qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, qəbul olunan abituriyentlər sentyabrın 25-i saat 17:00-dək lazımi sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçə bilərlər.

Abituriyentlərin nəzərinə çatdırılır ki, göstərilən tarixədək müvafiq orta ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçməmək orada təhsil almaqdan imtina kimi dəyərləndirilir və həmin yerlər boş qalan plan yeri kimi yenidən müsabiqəyə çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.