ELM VƏ TƏHSİL


Ümumi orta təhsil bazasında kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 1268 nəfər qəbul olub

Bakı, 8 sentyabr, AZƏRTAC

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kolleclərə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 1268 abituriyent qəbul olub. Onların 1203 nəfəri Azərbaycan, 65 nəfəri isə rus bölməsində təhsil alacaq.

Xatırladaq ki, abituriyentlərin qəbul olduqları təhsil müəssisələri üzrə qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.