ELM VƏ TƏHSİL
Ümumi orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul planı 82,76 faiz dolub
Bakı, 18 avqust, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul planı 82,76 faiz dolub.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 9 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul planı 1479 (Azərbaycan bölməsi – 1180, rus bölməsi - 44) yer olub. Bölmələr üzrə ümumilikdə 1224 yerə tələbə qəbul olunub.