ELM VƏ TƏHSİL


Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki elan olunub

Bakı, 30 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2-3, 9-10 və 16-17 iyun tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iyun ayının əvvəllərində Bakı şəhərində beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar 2-3 iyun tarixlərində keçiriləcək buraxılış imtahanları Bakı istisna olmaqla digər şəhər və rayonlarda təşkil olunacaq. Növbəti tarixlərdə olan imtahanlar isə yerdə qalan rayonlarla yanaşı, Bakı şəhərində də təşkil olunacaq.

Qeyd olunan tarixlərə uyğun imtahanların rayon və şəhərlər üzrə keçirilmə ardıcıllığı yaxın vaxtlarda elan olunacaq.

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə bir həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə imtahana buraxılış vərəqəsini çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.