“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” layihəsi davam edir
AzerTAg.az
Bakı, 16 may, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” layihəsi üzrə təlimçilərlə növbəti görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı peşəyönümü işinin təşkili, peşəyönümü koordinatorlarının hazırkı fəaliyyəti, məktəblərdə fəaliyyət planının icrası və digər məsələlər ətrafında təlimçilərlə müzakirələr aparılıb.
Qeyd edək ki, bu günədək ölkə üzrə 4000-ə yaxın peşəyönümü koordinatoru təlimlərə cəlb olunub. Peşəyönümü xidmətinin təşkili üzrə təlimlərin növbəti mərhələsinin may ayının sonunda başlanılması planlaşdırılır.
“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” layihəsi ilə bağlı sual, rəy və təklifləri Metodik dəstək və peşəkar inkişaf mərkəzinin [email protected] elektron poçt ünvanına göndərmək olar.


Xəbərin mətnində orfoqrafik səhv var