ELM VƏ TƏHSİL


Ümumi təhsil müəssisələrində yay məktəbinə start verilir

Bakı, 16 iyun, AZƏRTAC

Mövcud vəziyyətlə əlaqədar olaraq 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilib. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratdı. Şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə bu gün ümumi təhsil müəssisələrində yay məktəbinə start veriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafikində şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınacaq. Yay məktəbində bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə bilər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil ediləcək. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.