ELM VƏ TƏHSİL


“Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası” təsdiqlənib

Bakı, 20 iyun, AZƏRTAC

“Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası” təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş Nazir Əli Əsədov qərar imzalayıb. Bu Qayda xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

Qərara əsasən mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir.

Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl və bələdiyyə ümumi təhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçiriləcək. Dövlət ümumi təhsil müəssisəsində (bundan sonra -obyektlər) mühafizə xidmətinin təşkili müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri (bundan sonra - mühafizə hissələri) tərəfindən “həyəcan” siqnalizasiyası sistemi vasitəsilə həyata keçiriləcək.

Qərarda, həmçinin qeyd olunur ki, özəl və bələdiyyə ümumi təhsil müəssisələri mühafizə xidmətinin təşkili ilə əlaqədar göstərilən bütün mühafizə xidməti növlərindən istifadə edə bilər. Özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin mühafizəsi qanunvericiliyə uyğun təşkil edilməklə özləri tərəfindən, habelə müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri və ya özəl mühafizə müəssisələri tərəfindən “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.