ELM VƏ TƏHSİL


Ümumi təhsilin dövlət standartlarında dəyişiklik edilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramlar (kurikulumları)”nın təsdiq edilməsi haqqında” 2010-cu il 3 iyun tarixli qərarında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları aşağıdakıları müəyyən edir:

- ümumi təhsilin məzmununu;

- ümumi təhsilin idarə olunmasını;

- ümumi təhsilin maddi-texniki və tədris bazasını;

- ümumi təhsilin infrastrukturunu;

- ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;

- ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini;

- ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələri;

- ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənləri;

- məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlimin nəticələrini;

- tam orta təhsil səviyyəsində təhsilin təşkilini;

- ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarını;

- ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri;

- ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini.

Dövlət standartları məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə məzmun standartlarının və kurikulumların hazırlanmasında əsas götürülür. Dövlət standartları 5 il müddətinə qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.