ELM VƏ TƏHSİL


Ümumi uzunluğu 25 min kilometr olan avtomobil və torpaq yolları işğal nəticəsində dağıdılıb

Bakı, 16 noyabr, AZƏRTAC

İlkin hesablamalara əsasən, Ermənistan işğalı nəticəsində infrastruktur istiqamətində ümumi uzunluğu 25 min kilometr olan avtomobil və torpaq yolları, 3984 metr (təxmini) olan 160 körpü, 14,5 min kilometr elektrik xətləri, 240 kilometr kanalizasiya xətləri, 2,3 min kilometr su kəməri xətləri, 2 min kilometr qaz kəməri, habelə 2500 transformator, 160 su tutarı, 34-dən çox qazpaylayıcı qurğu, 35 min nömrəlik telefon stansiyası və s. dağıdılıb.

AZƏRTAC xəbər verir ki, bu fikri İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Ermənistan işğalçılarının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair UNEC-də keçirilən müzakirələr zamanı səsləndirib.

O qeyd edib ki, ilkin hesablamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan İşçi Qrupu tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.