CƏMİYYƏT
Ümummilli Lider Azərbaycanın müstəqilliyini əbədi və dönməz edən böyük şəxsiyyətdir
Bakı, 12 dekabr, AZƏRTAC
Fəxri xiyabana gələnlərin ardı-arası kəsilmir. Bugünkü izdiham xalqın ümummilli lider Heydər Əliyevə sonsuz məhəbbətinin, Ulu Öndərin ölkəmizin müstəqilliyi uğrunda əvəzsiz xidmətlərinin əyani təzahürüdür.
Bu sözləri dekabrın 12-də görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarətə gələn, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev AZƏRTAC-a müsahibəsində bildirib.
İ.Vəliyev diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Lider müstəqilliyimizi əbədi və dönməz edən böyük şəxsiyyətdir. Ulu Öndərin əsasını qoyduğu uzaqgörən siyasəti bu gün Heydər Əliyev məktəbinin yetirməsi, Prezident İlham Əliyev layiqincə davam etdirir.