Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan məqalə müsabiqəsi davam edir
AzerTAg.az

Bakı, 11 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları üçün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ulu Öndər – müstəqil Azərbaycanın qurucusu” adlı müsabiqəsinə məqalə qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim edilən məqalələr aprelin 27-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun əməkdaşları iştirak edə bilərlər. Təqdim olunmuş materiallar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qalib elan edilən məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində yer alacaq.
Qaliblərə diplom və pul mükafatı veriləcək. I yer - 1500 manat; II yer - 1000 manat; III yer - 700 manat. Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89
e-mail: [email protected]
Xəbərin mətnində orfoqrafik səhv var