Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı tarixi əhəmiyyət daşıyır

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı tarixi əhəmiyyət daşıyır

Bakı, 31 mart, AZƏRTAC

XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğın 1905-1907-ci illərə təsadüf edir. Bu illərdə Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirildi. 1917-ci il Oktyabr çevrilişindən sonra ermənilər iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. Qafqazın fövqəladə komissarı təyin edilən (mart 1918) Stepan Şaumyan Bakıya göndərildi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan S.Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etdi, “Müsavat”ın mövqeyinin güclənməsinə imkan vermədi, hər addımda “Müsavat”ın siyasi təsirini aradan qaldırmaq, sosial dayaqlarını məhv etmək üçün müxtəlif metodlardan istifadə etdi.

Bu fikirləri AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə bildirib. O qeyd edib ki, Bakı Soveti 1918-ci ilin yanvar ayında Şaumyanın göstərişi ilə Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin (Talışinski rus-yapon müharibəsində Port–Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu) Bakı vağzalında həbs edilməsi şəhər əhalisi arasında hiddətə səbəb oldu, Bakıda və ətraf kəndlərdə etiraz nümayişləri başladı. Növbəti təxribat “Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərk-silah edilməsi hadisəsi oldu. Martın 29-da məşhur milyonçu Şəmsi Əsədullayevin oğlu, zabit Əli Əsədullayevin komandanlığı altında “Vəhşi diviziya” hissələri sovet hakimiyyəti orqanlarının icazəsi olmadan Lənkərana yola düşmək üçün Bakı limanında “Evelina” paroxoduna minirlər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələri var idi və bolşeviklər buna göz yumurdu. Martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərləri S.Şaumyanın tapşırığı ilə tərk-silah edilirlər. Müharibəyə başlamaq üçün bəhanə axtaran erməni daşnak-rus bolşevik silahlı dəstələrinin “Evelina” gəmisinə hücum edərək azərbaycanlıları tərk-silah etməsi əhali arasında narahatlığa səbəb olur. Müsavatçılar alınmış silahların qaytarılması haqqında inqilabi komitəyə ultimatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində S.Şaumyanın, eləcə də “Müsavat” partiyasının nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin iştirakı ilə keçirilmiş təcili müşavirədə alınmış silahların “Hümmət” təşkilatı vasitəsilə qaytarılması qərara alındı. Beləliklə, S.Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və azərbaycanlıların qırğınının başlanması üçün siqnal oldu. Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri təxribatın əvvəlində özlərinin bitərəfliyini elan etsələr də, sonradan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər. Əslində yalnız adı sovetlərin siyahısında olan Bakı Sovetinin ordusu Erməni Milli Şurasına tabe idi. Bolşevik N.N.Kolesnikova öz xatirələrində həmin dövrdə Bakıda baş verənləri şərh edərək yazırdı: “Müsavatçılar sıхışdırılıb şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar törətməyə, heç bir şeydə günahı olmayan dinc əhalini, başlıca olaraq azərbaycanlıları qətlə yetirməyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov bizimlə sıx əlaqə saхlayırdı”.

Hətta daşnak silahlı dəstələri Nəriman Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı. Bütün bunları görən Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Bu üzdəndir ki, Cümhuriyyətin qurulduğu sırada müsəlləh rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndi Bakını zəbt etdilər, türk–müsəlman əhali üzərində qətli yapdılar”.

“Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanan S.Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirmək üçün fəaliyyətə keçən Bakı Kommunası, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə qırğınlar törətdi. 1918-ci il martın 30-dan Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanıldı. Qırğında Bakı Sovetinin 6 min, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etdi. Bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş erməni silahlıları, uşaq, qadın, yaşlı, gənc demədən hər kəsi qətlə yetirdi. Üç gün davam edən qırğında bəzi mənbələrə görə 12, bəzi mənbələrə görə 17 min adam öldürüldü. Həmin dəhşətli günlərin şahidi olmuş Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazır: “Mən daşnakların vəhşiliklərini, saysız–hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi”.

Alim bildirib ki, bu qırğının dəhşətləri qeyri-müsəlmanlar tərəfindən də ifadə edilib. O zaman Bakıda olan ingilis konsulu Mak-Donald qeyd edir ki, “Bakıda şəhərin küçələrində müsəlman meyitlərindən başqa müsəlman qalmamışdı”. Yenə də o zaman Bakıda yaşayan bolşevik Bilyumin xatirəsində “Erməni daşnakları 1918-ci ilin yazında 3-4 gün içərisində şəhərdə 20 min kasıb müsəlman əhalisini qətlə yetirdi”yini qeyd edib. Soyqırımından az sonra, 1925-ci ildə Kulner soyadlı bir almanın Bakı qırğını haqqında yazdıqları qətliamın dəhşətini gözlər önünə sərir: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Rəsmi mənbələrə görə, 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə dinc əhali etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilmişdi.

Zəngəzurda və Naxçıvanda, 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər həyata keçirilən qırğınlarda, Andranikin başçılığı altında erməni qoşun hissələrinin əli ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, bütövlükdə 197 kənd dağıdılmış, sakinləri qətlə yetirilmiş, sağ qalanlar öz ev-eşiklərindən didərgin salınmış, əmlakları talan olunmuş, evləri dağıdılmışdı. Bu qədər ağır itkiyə, qırğına baxmayaraq, ermənilərin bu cinayətlərinə siyasi qiymət verilməsinə havadarları tərəfindən imkan verilməmiş, bolşeviklər ermənilərin müsəlman türklərinə qarşı törətdikləri soyqırımı ört-basdır etmişlər.

Yalnız Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələri araşdırıldı. Faciənin tədqiqi məqsədilə Nazirlər Şurası tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradıldı (15 iyul 1918). Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, “azərbaycanlılara qarşı soyqırımı törədən erməni quldurları təkcə Şamaxıda 8 minədək dinc sakini öldürmüş, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə-yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir”.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu və 1920-ci illərdə martın 31-i Ümummilli Matəm Günü kimi qeyd edilib. Bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

“Sovetlər İttifaqının çökməsi nəticəsində 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi və sələfinin başladığı işi (31 Mart soyqırımına siyasi qiymət verməyi) başa çatdırmağı tarixi fürsət kimi qiymətləndirdi. 31 Mart soyqırımının araşdırılması, həqiqətlərin dünyaya çatdırılması işi Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla başladı. Bu Fərmanla erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymət verildi. Soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıldı. Həmin vaxtdan 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Bu Fərman həm tarixə obyektiv qiymət vermək və azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm sənəd, həm də uydurma “erməni soyqırımı” təbliğatına güclü zərbədir. Həmin Fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, soyqırımların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu. Fərmandan sonra 31 Mart soyqırımının öyrənilməsi istiqamətində mühüm işlər görüldü. Aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıldı, bir çox əsərlər yazıldı, əcnəbi dillərə tərcümə olundu.

2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunan Quba soyqırımı məzarlığı (kütləvi məzarlıq) bu dəhşətli faciənin (1918-ci ilin aprel - may aylarında təkcə Quba qəzasında 167 kənd tamamilə məhv edilib) sübutudur. Məzarlıqda azərbaycanlılarla yanaşı, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri xüsusi amansızlıqla qətl edilərək basdırılıb. 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edildi, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alındı. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamın icrasından irəli gələn məsələlər geniş şəkildə həyata keçirilib.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində soyqırımının dəhşətli miqyası dünya ictimaiyyətinə çatdırılıb. Artıq beynəlxalq aləm erməni qəddarlığı, azərbaycanlılara qarşı törədilən soyqırımı və terror aktları ilə yaxından tanışdır”, - deyə alim fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Zaqatalada yol qəzasında piyada ölüb

Ceyhun Bayramov: Türk birliyini hədəf alan bütün məkrli təhdidlərə qarşı mübarizə aparmaq üçün birlikdə olmaq vacibdir

Qarabağdakı erməni sakinlər üçün ərzaq məhsulları və gigiyenik vasitələr aparan avtomobillər yükü boşaldaraq geri qayıdıb

Dünya mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlamaqda davam edir

Politoloq: Azərbaycan regionda siyasi, iqtisadi və hərbi baxımdan böyük gücə sahibdir

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan DİN: Xankəndi şəhərində qəsdən yanğınlar törədilir

Qarabağ bölgəsində erməni silahlı birləşmələrindən müsadirə edilmiş döyüş texnikası, silah və sursatlar VİDEO

Şeyxülislam: Azərbaycan-İraq əlaqələrində yeni dövr başlayır

Ümumdünya Kosmos Həftəsi çərçivəsində müzakirələr keçiriləcək

® “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu

Milli Məclisdə Asiya Parlament Assambleyası çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Naxçıvanda vətəndaşları qəbul edib

Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən bahalaşa bilər

Prezident İlham Əliyev xalqa müraciətində Cənubi Qafqazın sülh və inkişaf konsepsiyasını açıqladı - Deputat

ISESCO-nun sabiq Baş direktoru antiterror tədbirlərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib

AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Ermənilərin “böyük Ermənistan” xülyası məğlubiyyətə düçar oldu – AÇIQLAMA

Yaşar Nəcəfov: Mənim üçün gözlənilən bir qələbə oldu

Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək

Nikol Paşinyan: Bəzi qüvvələr İrəvanda qan tökmək istəyir

Qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsinə dair müzakirələr aparılıb

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycridən

Fransada polis zorakılığına qarşı aksiyada 30 min nəfərin iştirakı gözlənilir

“Taxt Oyunları” formatlı kiberyarışın qalibi “Cyber Yashma” komandası olub

İqtisadiyyat nazirinin müavini Naftalanda vətəndaşlarla görüşüb

Saxta kampaniyalar və passiv gəlir əldə etməklə bağlı mesajlara qarşı diqqətli olun – Xəbərdarlıq

Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramları təqdim olunub

Yaşar Nəcəfov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də Fransa müstəmləkəçiliyi ilə bağlı müzakirələr təşkil olunub VİDEO

Binə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb

İcma: Bu gedişlə Aİ Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən tam kənarda qalacaq

Sentyabrın 25-nə olan USD/AZN rəsmi məzənnəsi

İtaliya saytları Prezident İlham Əliyevin xalqa müraciətini diqqətdə saxlayıb

“AzerGold” QSC: Cari il üzrə 62,5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb

İnnovasiya üzrə İşçi qrupun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim kursunu uğurla başa vuran iştirakçılara sertifikatlar verilib

2030-cu ilə qədər Türkiyənin turizmdən 120 milyard dollar gəlir əldə etməsi gözlənilir

Azərbaycanın bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir – gürcü politoloq

Akademik Zərifə xanım Əliyevanın biblioqrafik göstəricisi hazırlanıb

Şarl Mişel BMT-də təcili islahatlar aparmağa çağırıb

Qida sahəsində fəaliyyət göstərən 4 müəssisədə nöqsanlar aşkarlanıb

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası keçirilib

FHN-in Bakı Regional Mərkəzində tədbir: Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olub

Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq

Azərbaycanda ilk dəfə "EKO Səfir Qızlar" proqramına qəbul başlayır

Erməni silahlılarının Tərtər rayonunun Canyataq yaşayış məntəqəsi yaxınlığında tərk etdiyi döyüş mövqeyi VİDEO

Azərbaycan-İndoneziya parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

“İrəvan” komandası üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

MAR-ın sabiq prezidenti ömürlük həbs cəzasına məhkum olunub

Qalib Sərkərdə qətiyyəti - ŞƏRH

Baş Prokurorluq: Şuşada baş verən mina hadisəsi üzrə araşdırma aparılır

Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

Bakı yol polisi sürücülərə müraciət edib

Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub

Azərbaycan Çində keçiriləcək Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunacaq

Gələn il inflyasiya birrəqəmli həddə düşə bilər - İqtisadçı

Saatlıda evdən və mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün layihələr hazırlanır

“Araz-Naxçıvan”ın baş məşqçisi azarkeşlərə müraciət edib

Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı məlumatların çatdırılması üçün portal hazırlanır

Avropanın məşhur futbol funksioneri "Neftçi"nin idman direktoru təyin olunub

Mirsalam Qənbərov: Bəzən agentliyə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur

Bakıda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi virtual “ƏDV geri al” hesabına köçürüləcək

Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib

Daxili İşlər Nazirliyi əhaliyə göndərilən saxta mesajlarla bağlı müraciət edib

AAYDA-nın sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib

Vurğun Hüseynov: Etiraf edirəm ki, komanda daxilində çatışmazlıqlar var

Milli Kitabxanada “Türk dünyası ədəbiyyatının tərlanları” mövzusunda beynəlxalq konfrans keçirilib

Vətən müharibəsi şəhidi Bilal Qənbərovun xatirəsi anılıb

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Ekspert: Azərbaycan 24 saatlıq antiterror tədbirləri ilə dünyada yeni nümunə yaratdı

“Taxt Oyunları” kiber yarışına start verilib

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər QHT-lərin daim diqqətindədir - ŞƏRH

Əlilliyi müəyyən edilmiş uşaqların cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülür

Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunacaq

Ədəbiyyat İnstitutunun alimlərinin məqalələri İraqda çap olunub

Azərsu: İşğaldan azad olunmuş ərazilərdən götürülmüş 7 su nümunəsi üzrə 327 analiz aparılıb

Bakıdakı Rus evində Müəllim gününə həsr olunmuş konsert keçiriləcək

Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasındadır

İtaliyalı jurnalist: Azərbaycan öz ərazisinin beynəlxalq səviyyədə tanınmış hissəsində suverenliyini təsdiqlədi

Ali Məhkəmə Elmi-məsləhət şurasının iclasında iştirak etmək istəyən hüquqşünaslara müraciət edib

Səkkiz ayda istehlakçılara 4,9 milyard kubmetr qaz satılıb

İRİA-nın rəsmisi: “Super portal” layihəsi üzərində müxtəlif dövlət qurumları ilə birlikdə işləyirik

Vatikanın dövlət katibi: Avropa Aralıq dənizindəki miqrasiya probleminin həlli üçün birləşməlidir

Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması müzakirə edilib

® “Azercell”in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimpiadasından Vətənə nailiyyətlə dönüb

Bakı Böyük Dəbilqə turniri: Azərbaycan cüdosunun maskotu təqdim olunub

Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələri öyrənilir

Livanlı müəllim və şagirdlər ölkəmizə səfər ediblər

® “Kapital Bank”ın təşəbbüsü ilə “Data Talks” tədbiri baş tutdu

Salyanda mikroavtobus su kanalına düşüb, bir nəfər ölüb VİDEO

Macarıstan telekanalının efirində Qarabağda lokal xarakterli antiterror tədbirlərindən danışılıb VİDEO

Ermənistanın sabiq prezidentinin polis tərəfindən döyülən oğlu xəstəxanaya aparılıb

Şirvanda Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub

Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi davam edir

AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib VİDEO