HEYDƏR ƏLİYEV - 100


Ümummilli Lider azərbaycançılığı dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi

Gəncə, 30 mart, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli Lider azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda keçirilən elmi-praktik konfransda çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov söyləyib.

O qeyd edib ki, Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.

Z.Qurbanov bildirib ki, Ulu Öndərin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov isə diqqətə çatdırıb ki, Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.

Sonra çıxış edən ADAU-nun İctimai elmlər və sosial fənlər kafedrasının müdiri Azad Bayramov və müəllim Çinarə Səfərova mövzu ətrafında çıxışlar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.