CƏMİYYƏT
Ümummilli Lider incəsənət işçilərinə xüsusi hörmət bəsləyirdi
Bakı, 12 dekabr, AZƏRTAC
Heydər Əliyev hər bir azərbaycanlı üçün əzəmətli lider olub. Onun xidmətləri, xalqı, vətəni üçün etdikləri əsrlər keçsə də, unudulmayacaq.
Bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn Gənc Tamaşaçılar Teatrının aktrisası , Xalq artisti Lətifə Əliyeva AZƏRTAC-a müsahibəsində deyib.
O, həmçinin bildirib: “Ulu öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi incəsənət, mədəniyyət sahəsinə də xüsusi diqqət yetirirdi. Müdrik siyasətçi incəsənət işçilərinə çox böyük hörmət bəsləyirdi. Onun layiqli davamçısı Prezident İlham Əliyev də qayğısını bizlərdən əsirgəmir. Dahi liderə qarşı qəlbimdə tükənməyən sevgi var. Allahdan Ulu Öndərə rəhmət diləyir, ölkə başçımıza da fəaliyyətində uğurlar arzulayıram”.