ELM VƏ TƏHSİL


Ümummilli Lider müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur

Bakı, 11 may, AZƏRTAC

AMEA-nın Polimer Materialları İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən iclas keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Baş direktor, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyev böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri kimi dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimidir. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən edərək rifahın, tərəqqinin Azərbaycan modelini yaradıb.

Sonra institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva çıxış edərək ulu öndər Heydər Əliyevin keçdiyi mübariz həyat yolundan danışıb. O qeyd edib ki, Ulu Öndər müdrik siyasəti, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olub.

Daha sonra çıxış edən institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev bildirib ki, Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində uğurla inkişaf edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və rəhbərliyi altında Qarabağ əbədi azadlığına qovuşub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.