ELM VƏ TƏHSİL


Ümummilli Lider ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Turizm və Menecment Universitetində (ADPU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Müasir Azərbaycan dövlətinin banisi” mövzusunda tədbir keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Universitetin rektoru, professor Cəfər Cəfərov vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun dinamik inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib. Ölkəmiz qlobal məkanda gedən proseslərin istiqamətverici subyekti kimi tanınıb. Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi, təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən Ümummilli Liderin zəngin irsi zaman-zaman dərindən öyrənilməlidir.

Rektor diqqətə çatdırıb ki, yüz illər keçəndən sonra da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dahi bir rəhbəri olub və Ulu Öndərin sarsılmaz siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

C.Cəfərov mayın 8-nin taleyimizə Şuşanın işğal günü kimi yazıldığını söyləyib. O, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin dövlətçilik ənənəsinə daim sadiq qalan Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində tezliklə Şuşada yenidən Azərbaycanın üçrəngli bayrağının qürurla dalğalanacağına inandığını vurğulayıb.

Sonra ATMU-nun ictimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyev “Azərbaycanın dövlət müstəqilliyinin bərpası və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri”, turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalovun “Azərbaycanda turizmin inkişafında Heydər Əliyevin müstəsna xidmətləri” mövzusunda məruzələri dinlənilib. Natiqlər Ümummilli Liderin ölkəmizdə turizmin inkişafında böyük xidmətlərindən danışıblar. Bildirilib ki, hakimiyyətə qayıdışından az sonra - 1993-cü il noyabrın 4-də onun göstərişi ilə Nazirlər Kabineti “Respublikada xarici turizmin inkişafı və tənzimlənməsi tədbirləri haqqında” sənəd qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.