CƏMİYYƏT


Ümummilli Liderin abidəsini ziyarət etmək hər bir azərbaycanlının borcudur

Bakı, 10 may, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmək hər bir azərbaycanlının borcudur. Ulu Öndər bütün həyatını Azərbaycan xalqına həsr edib. Biz övladlarımızı, nəvələrimizi Ulu Öndərə məhəbbət ruhunda böyütməli, tərbiyə etməliyik.

Bu sözləri AZƏRTAC-a Ulu Öndərin məzarını ziyarət edən şəhər sakini Əbülfəz Hüseynov deyib. O əlavə edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi, bugünkü inkişaf strategiyamızın əsasını qoydu. Bu gün bu strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.