İDMAN


Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin minifutbol turniri keçirilib

Bakı, 12 may, AZƏRTAC

Bu ilin aprel-may aylarında 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin minifutbol turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir zona və final yarışları olmaqla iki mərhələdə təşkil olunub. Yarışın zona mərhələsində 45 rayon, şəhər uşaq-gənclər idman-şahmat məktəblərinin komandaları mübarizə aparıb. Zona mərhələsinin nəticəsinə əsasən, Gəncə şəhər 1 nömrəli, Masallı, Cəlilabad, İmişli, Sabirabad, Tovuz, Zaqatala, Qax, Qusar, Siyəzən şəhər, “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli uşaq-gənclər idman məktəblərinin və “Vətən” ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər futbol məktəbinin komandaları, müvafiq olaraq birinci və ikinci yerləri tutaraq finala vəsiqə qazanıblar.

Turnirin final mərhələsində 10 komandanın tərkibində 120 nəfər idmançı iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda Masallı rayon uşaq-gənclər idman-şahmat məktəbinin komandası birinci yeri tutub. İkinci yerə 8 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin, üçüncü pilləyə isə Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin komandaları sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.