ELM VƏ TƏHSİL
Ümummilli Liderin əbədiyaşar ideyaları xalqımızın parlaq gələcəyinə yol açır
Bakı, 10 may, AZƏRTAC
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
MTK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru, professor Nasim Abışov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, böyük xilaskarlıq rolundan danışıb. Vurğulanıb ki, Ümummilli Liderin əbədiyaşar ideyaları xalqımızın parlaq gələcəyinə yol açır.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Sədaqət Əhmədova və digər çıxış edənlər ulu öndər Heydər Əliyev siyasi irsinin, dövlətçilik təcrübəsinin, azərbaycançılıq ideologiyasının əhəmiyyətindən bəhs ediblər.
Sonra şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyiblər.