REGİONLAR


Ümummilli Liderin əziz xatirəsi Mingəçevir Dövlət Universitetində anılıb

Bakı, 9 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev: dahi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda mühazirə dinlənilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə onlayn formatda keçirilən mühazirədə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Azərbaycan xalqı və dövlətinin taleyi üçün misilsiz işlər görən və adını tariximizə qızıl hərflərlə yazdıran ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin və gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb. Humanitar fənlər kafedrasının baş müəllimi Günel Yunusova məruzəsində Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, ölkəmizin tərəqqisi və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz və əvəzolunmaz xidmətlərdən, milli maraqlara əsaslanaraq tarixi proseslərə təsir edən müdrik siyasətindən bəhs edib. Bildirilib ki, tarix yaradan dahi şəxsiyyətin siyasi kursu hazırda yeni keyfiyyət mərhələsində uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsi və məntiqi nəticəsidir.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.