CƏMİYYƏT
Ümummilli Liderin əziz xatirəsi həmişə bizimlədir
Bakı, 10 may, AZƏRTAC
Yevlax Rayon Mərkəzi Xəstəxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, xəstəxananın direktoru Azər İsmayılov, YAP Yevlax şəhər təşkilatının sədr müavini Əli Quliyev çıxış edərək ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi sahəsində atdığı tarixi addımlardan bəhs ediblər.
Qeyd edilib ki, müstəqilliyinin qorunması, ölkəmizin nüfuzunun beynəlxalq miqyasda artmasında ümummilli liderin müstəsna rolu və xidmətləri olub. Təsadüfi deyil ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan inkişaf strategiyasında da Azərbaycan dövlətinin təməlinin gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması və ölkəmizin hərtərəfli inkişafına nail olunmaq əsas və aparıcı yer tutur.
Tədbirin sonunda aztəminatlı ailələrin nümayəndələrinə və sağlamlıq imkanları məhdud olanlara maddi yardımlar verilib.