ELM VƏ TƏHSİL


Ümummilli Liderin əziz xatirəsi ürəklərdə daim yaşayacaq

Bakı, 8 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə AMEA-nın Radiasiya Problemləri İnstitutunda tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RPİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb, Ulu Öndərin elmə xüsusi önəm verdiyini xatırladıb.

Vurğulanıb ki, Ümummilli Liderin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Rəvan Mehdiyeva ulu öndər Heydər Əliyevin siyasi irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib.

Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan Rəvan Mehdiyeva ölkəmizdə qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib.

Digər çıxış edənlər də müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünyaya tanıdılmasında Ulu Öndərin müstəsna rolunu diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.