CƏMİYYƏT
Ümummilli Liderin ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında xidmətləri misilsizdir
Bakı, 10 may, Ramiz Quliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, respublikanın inkişafında xidmətləri misilsizdir.
Bu sözləri AZƏRTAC-a ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 10-da Fəxri xiyabanı ziyarət edən Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup Qarabağ əlili Maarif Səfərov deyib.
M.Səfərov bildirib ki, Ulu Öndər həm də azərbaycançılıq ideologiyasının banisi olmaqla milli–mənəvi dəyərlərimizi gücləndirib. Təbii ki, dahi rəhbərimizin xilaskarlıq missiyası haqqında da xeyli danışmaq olar: “Təkcə onu deyə bilərəm ki, məhz Ümummilli Liderin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı nəticəsində ölkədə yaranmış xaos və özbaşınalıqlara qısa vaxt ərzində son qoyuldu”.
O qeyd edib ki, Prezident İlham Əliyev hazırda Heydər Əliyevin siyasətini uğurla davam etdirir: “Prezidentimiz həmişə bizə dayaq və dəstək olub, Qarabağ əlilləri və şəhidlərinin problemləri ilə yaxından maraqlanaraq onların həlli ilə bağlı göstərişlər verib. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev əmr etsə, biz Qarabağ qaziləri əlimizə silah alıb döyüşə getməyə hazırıq”.