SİYASƏT


Ümummilli Liderin xatirəsi İstanbulda yad olunub VİDEO

İstanbul, 10 may, АZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə İstanbulun Sarıyer bələdiyyəsinin sədri və əməkdaşları, diplomatlar, rəsmi şəxslər, ziyalılar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri, KİV-lərin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə güllər düzülüb.

Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.