REGİONLAR


Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayır

Şamaxı, 10 may, AZƏRTAC

Şamaxıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayonun hüquq-mühafizə orqanlarının işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri mayın 10-da Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon Mədəniyyət Mərkəzində təşkil olunan anım mərasimində böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən film nümayiş olunub. Milli Məclisin deputatı Tamam Cəfərova çıxış edərək xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Heydər Əliyev qədər misilsiz xidmətlər göstərən ikinci dövlət xadiminin olmadığını, bu mənada Ulu Öndərin xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan Ümummilli Lider, güvənc yeri və qürur duyduğumuz şəxsiyyət olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı müstəqilliyin ilk illərində ölkədə baş verən proseslərə toxunaraq, həmin dövrdə respublikanın parlaq simalarının, ziyalıların və böyük nüfuz sahibi olan insanların Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmasından söhbət açıb. Həmçinin bu gün Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini və dahi şəxsiyyətin ömür yolunun hər bir azərbaycanlıya örnək olduğunu bildirib. Qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, habelə xalqın məhəbbətini qazanan dahi şəxsiyyətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.